Beynəlxalq Şahmat Federasiyası (FIDE) mərhum qrossmeyster Vüqar Həşimovun atası Qasım Həşimovun vəfatı ilə bağlı başsağlığı verib.
Apasport.az xəbər verir ki, bu barədə FIDE-nin mətbuat xidməti məlumat yayıb.
"Azərbaycanın əməkdar şahmat məşqçisi, mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov kədərli şəkildə dünyasını dəyişib. O, həmçinin Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinin rəhbəri vəzifəsində çalışıb. Onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndindəki fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. O, yanvarın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.
- AMADA-nın təşkil etdiyi beynəlxalq müsabiqəyə yekun vurulub
- İdmançılarımız beynəlxalq yarışlarda rekord sayda medal qazanıblar
- Üzgüçülərimiz Estoniyada 22 medal qazanıb
- AMADA Parisdə Monitorinq Qrupunun iclasında iştirak edib
- Dövlət başçısı: "2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub, 1700-ə yaxın medal qazanılıb"