Filip Krovinoviç: "Azərbaycan çempionatının yaxşı səviyyədə olduğunu bilirik"
22.07.2025 - 19:44
"Xoş qarşılama üçün təşəkkürlər. Sabahkı oyuna hazırıq. Uğurlu nəticə əldə etməyi düşünürük".
Apasport.az xəbər verir ki, bunu "Zirə"nin rəqibi "Hayduk"un futbolçusu Filip Krovinoviç bu gün baş tutan mətbuat konfransında deyib.
O, Azərbaycan çempionatının yaxşı səviyyədə olduğunu bildirib:
"Dario Melnyakla danışmışıq. O, mənə klub və ölkə haqda məlumat verib. İlk dəfədir ki, buradayıq. Azərbaycan çempionatının yaxşı səviyyədə olduğunu və yaxşı futbolçuların da burada çıxış etdiyini bilirik. Biz özümüzə köklənmişik. Məqsəd növbəti mərhələyə vəsiqə qazanmaqdır".
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB
0
0