"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır.
Apasport.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının mətbuat xidməti məlumat yayıb.
Bu il Bakı Şəhər Halqası ətrafında iki əlavə tribunanın quraşdırılması nəzərdə tutulub. Artıq tribunaların quraşdırılmasına başlanılıb. Həm yerli, həm də xarici azarkeşlər tərəfindən Azərbaycan Qran-prisinə artan marağı nəzərə alaraq, infrastrukturun genişlənməsi nəticəsində tribunaların tutumu daha 1500 yer artırılaraq 20 mini keçəcək.
Hazırlıq işləri ilə əlaqədar Dənizkənarı Bulvarın bəzi hissələrində müvəqqəti məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulur. Paytaxt sakinlərindən və qonaqlardan bu müddət ərzində anlayış göstərmələri xahiş olunur.
Qeyd edək ki, 2024-cü ildə keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisini dörd gün ərzində tribunalardan canlı olaraq 76 mindən çox azarkeş izləyib. Bakı mərhələsi bu il sentyabrın 19-21-də baş tutacaq.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb