“Hisslərimi iki sözlə ifadə edəcəm – qürur və üzüntü. Biz yaxşı çalışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstraliya millisinin baş məşqçisi Bert van Marveyk deyib.
Hollandiyalı mütəxəssis DÇ-2018-in Fransa ilə oyunundakı 1:2 hesablı məğlubiyyətə şərh verib: “Çox məyusuq. Bir çox epizodlarda Fransanın ulduzları nə etməli olduğunu bilmirdi. Onlar bu barədə özləri də dedi. Əgər penalti ilə uduzursansa, bunu müzakirə etmək lazımdı. Belə qol buraxmaq üzücüdü. Biz oyun üçün planı 95 faiz yerinə yetirdik. Oyunçuları qınaya bilmərəm, onları tərifləməliyəm. Amma xal qazanmadıq. Düşünürəm ki, ən azı 1 xala layiq idik. Dünən məndən soruşdular ki, 0:5-dən qorxmuram ki? Bu gün göstərdik ki, fərqli komandayıq. Nikbinlik üçün əsasımız var”.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək