“Gözdən yayınan” ofsayd, YOXSA ƏVVƏLDƏN YAZILMIŞ SSENARİ? - VİDEO
18.04.2026 - 00:14
“Neftçi” Misli Premyer Liqasının XXVIII turu çərçivəsində səfərdə “Zirə” ilə üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, iki qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 1:1.
Oyun gərgin anlarla yadda qalıb. Belə ki, görüşün 90-cı dəqiqəsində ev sahiblərinin yeganə qolunun müəllifi Brahim Konatenin epizodu zamanı komanda yoldaşı Ruan “ağ-qaralar”ın qapıçısı Kenan Piriçin baxış bucağını məhdudlaşdırıb.
Həmçinin, qolun müəllifi olan fransalı oyunçunun ofsaydda olduğu həm hakimlər briqadası, həm də VAR tərəfindən qeydə alınmayıb.
Həmin anları sizə təqdim edirik:
1
0