Qlazqoda usta cüdoçular arasında Avropa çempionatı keçirilir. Apasport.az saytının məlumatına görə, yarışın ilk 2 günü Azərbaycan yığması üçün uğurlu alınıb.
Belə ki, veteran cüdoçularımızdan 8-i fəxri kürsüyə qalxıb. Onlardan Fərhad Rəcəbli (90 kq) növbəti dəfə Avropa çempionu tituluna yiyələnib. Digər təmsilçilərimizdən Babək Hacıyev (60 kq), Vüqar Budaqov (73 kq), Rüfət İsmayılov (81 kq), Azər Əsgərov, Yaman Fətiyev, Hafiz Hacıyev ( hər üçü 100 kq) və Məhəmməd Müslimzadə (+100 kq) müxtəlif yaş qruplarında 3-cü yeri tutublar.
Qeyd edək ki, komandamız səfərə 37 cüdoçu ilə yollanıb. Sabah başa çatacaq Avropa çempionatına isə 35 ölkənin 1191 cüdoçusu qatılıb.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək