I Liqa klubunda yeni təyinat - RƏSMİ
06.11.2026 - 17:27
I Liqa klubunda yeni təyinat - RƏSMİ

Azərbaycan I Liqasında çıxış edən “Gəncəbasar”a yeni prezident təyin olunub.

Apasport.az xəbər verir ki, Gəncə təmsilçisinin bundan sonrakı rəhbəri Namik Qədirov olacaq.

O, klubun strateji inkişafına, ümumi idarəetməsinə, idman və inzibati fəaliyyətinin əlaqələndirilməsinə rəhbərlik edəcək.

Klubun bundan əvvəlki rəhbəri Həşim Mövsümzadə idi.

Qeyd edək ki, “Gəncəbasar” I Liqada 16 xalla ikinci sırada qərarlaşıb.