İbrahim Əliyev mükafatlandırılıb
16.05.2025 - 18:34
İbrahim Əliyev mükafatlandırılıb

Azərbaycan çempionatının I Liqasında "Ayın qolu" layihəsinin növbəti mükafatlandırma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Aprel ayının ən yaxşı qolunun müəllifi İbrahim Əliyev mükafatlandırılıb.

MOİK-in futbolçusuna mükafatı XXVI turun "Mingəçevir"la ev qarşılaşmasından PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.