II Liqa: “Ağdaş” səfərdən 3 xalla qayıdıb
06.05.2025 - 22:28
II Liqa: “Ağdaş” səfərdən 3 xalla qayıdıb

Azərbaycan II liqasında XXIV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, "Qusar" doğma meydanda "Ağdaş"ı qəbul edib.

3 qolun vurulduğu matçda qonaqlar rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.

Qeyd edək ki, "Qusar" 27 xalla 9-cu, "Ağdaş" isə 17 xalla 11-ci pillədə qərarlaşıb.

6 may

14:00.“Qusar” – “Ağdaş” - 1:2 

Qollar: Ə.Məmmədli, 15 – T.Zeynalov, 10; E.Süleymanov, 55
Hakimlər: Mahmud Bağırzadə, Elman Kərimov, Zakir Şükürzadə, Səbuhi Bayramov
Neftçi Futbol Mərkəzi (IV meydança)