II Liqa: "Difai" 3 xalı 3 qolla qazandı
02.11.2026 - 16:04
II Liqa: "Difai" 3 xalı 3 qolla qazandı

Azərbaycan II Liqasında IX turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Difai” öz meydanında “Hypers”lə üz-üzə gəlib. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Ağdaş” isə “Kür-Araz”la 1:1 hesablı heç-heçə edib. Hər iki görüş saat 14:00-da başlayıb.

II Liqa

IX tur

14.00. “Difai” - “Hypers” 3:1

14.00. “Ağdaş” - “Kür-Araz” 1:1