III MDB Oyunlarının beşinci günündə 7 idman növü üzrə yarışlar baş tutacaq.
Apasport.az xəbər verir ki, Gəncə İdman Sarayında üzgüçülük yarışları davam edəcək.
Burada həmçinin voleybol yarışlarında Azərbaycanın millisi Qırğızıstanla üz-üzə gələcək, Rusiya yığması isə Özbəkistanla qarşılaşacaq.
Şəki şəhər stadionunda çövkən yarışlarının növbəti matçları keçiriləcək. A qrupunda mübarizə aparan Azərbaycan millisi Küveytlə qarşılşacaq. B qrupunda isə Özbəkistan Türkiyə ilə münasibətlərə aydınlıq gətirəcək.
Bundan başqa, Qəbələ Atıcılıq Mərkəzində stend atıcılığı (“skeet” növü) üzrə təsnifat və final qarşılaşmaları təşkil olunacaq.
Qəbələ Olimpiya İdman Kompleksində isə badminton yarışlarında idmançılar qarışıq komanda növündə mübarizəyə start verəcəklər.
Yevlax Olimpiya İdman Kompleksində boks üzrə yarışlarda 1/4 final görüşləri baş tutacaq.
Mingəçevir “Kür” Olimpiya Mərkəzində isə taekvondo yarışlarında növbəti qaliblərin adları müəyyənləşəcək.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO