
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub.
27 fevral 2025-ci il tarixində I Liqada XVI turun “Baku Sporting” – “Cəbrayıl” oyunu polis nümayəndəsinin olmaması səbəbindən gec başladığına görə “Baku Sporting” komandası 100 manat cərimə edilsin (maddə 72.4);
27 fevral 2025-ci il tarixində I Liqada XVI turun “Baku Sporting” – “Cəbrayıl” oyununda “Baku Sporting” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Baku Sporting” komandası 70 manat cərimə edilsin (maddə 37);
27 fevral 2025-ci il tarixində I Liqada XVI turun “Baku Sporting” – “Cəbrayıl” oyununun 87-ci dəqiqəsində “Baku Sporting” komandasının 17 nömrəli futbolçusu Orxan Fərəcov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılsın, “Baku Sporting” komandası 300 manat cərimə edilsin (maddə 40.3);
27 fevral 2025-ci il tarixində I Liqada XVI turun “Baku Sporting” – “Cəbrayıl” oyununun 87-ci dəqiqəsində “Cəbrayıl” komandasının 99 nömrəli futbolçusu Okan Təhməzli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılsın, “Cəbrayıl” komandası 300 manat cərimə edilsin (maddə 40.3);
28 fevral 2025-ci il tarixində I Liqada XVI turun “Mingəçevir” – “Difai” oyununda “Mingəçevir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Mingəçevir” klubu 150 manat cərimə edilsin (maddə 52.2);
28 fevral 2025-ci il tarixində I Liqada XVI turun “Qaradağ Lökbatan” – “İmişli” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilsin (maddə 72.4);
27 fevral 2025-ci il tarixində II Liqada XIV turun “Qusar” – “Füzuli” oyununda xərəkdaşıyanlar olmadığına görə “Qusar” komandası 80 manat cərimə edilsin (maddə 74.1);
27 fevral 2025-ci il tarixində II Liqada XIV turun “Qusar” – “Füzuli” oyunu “Qusar” komandasının formasında qüsurlar olması səbəbindən gec başladığı üçün “Qusar” komandası 80 manat cərimə edilsin (maddə 75.6);
27 fevral 2025-ci il tarixində II Liqada XIV turun “Qusar” – “Füzuli” oyunu “Füzuli” komandasının formasında qüsurlar olması səbəbindən gec başladığı üçün “Füzuli” komandası 80 manat cərimə edilsin (maddə 75.6);
28 fevral 2025-ci il tarixində II Liqada XIV turun “Şahdağ Qusar” – “Kür-Araz” oyunu “Kür-Araz” komandası təyin edilmiş vaxtda stadiona gəlmədiyinə görə baş tutmadığı üçün “Kür-Araz” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, “Kür-Araz” komandası 400 manat cərimə edilsin (maddə 63.1);
1 mart 2025-ci il tarixində II Liqada XIV turun “Hypers Guba” – “Şəmkir” oyununun 39-cu dəqiqəsində “Hypers Guba” komandasının 11 nömrəli futbolçusu Ruslan Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılsın, “Hypers Guba” komandası 300 manat cərimə edilsin (maddə 43.3);
1 mart 2025-ci il tarixində II Liqada XIV turun “Hypers Guba” – “Şəmkir” oyununun 90+4-cü dəqiqəsində “Hypers Guba” komandasının 71 nömrəli futbolçusu Sənan Aslanov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılsın, “Hypers Guba” komandası 300 manat cərimə edilsin (maddə 40.3);
1 mart 2025-ci il tarixində II Liqada XIV turun “Hypers Guba” – “Şəmkir” oyununda “Hypers Guba” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Hypers Guba” komandası 150 manat cərimə edilsin (maddə 52.2);
1 mart 2025-ci il tarixində II Liqada XIV turun “Hypers Guba” – “Şəmkir” oyunu bitdikdən sonra “Şəmkir” komandasının futbolçuları qalib gəldikləri matçda rəqib azarkeşləri qıcıqlandıran hərəkətlər etdiklərinə görə “Şəmkir” klubuna xəbərdarlıq edilsin (maddə 11);
1 mart 2025-ci il tarixində II Liqada XIV turun “Sheki City” – “Lerik” oyununda “Sheki City” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Sheki City” komandası 70 manat cərimə edilir (maddə 37);
1 mart 2025-ci il tarixində II Liqada XIV turun “Ağdaş” – “Şimal” oyunu meydan sahibi “Ağdaş” komandası vaxtında stadionu hazır vəziyyətə gətirmədiyinə, oyun günü planını pozduğuna, AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə, eyni zamanda oyunun başlama vaxtından 45 dəqiqə sonra Təcili Tibbi Yardım avtomobili olmadığına görə baş tutmadığı üçün “Ağdaş” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, “Ağdaş” komandası 250 manat cərimə edilsin (maddə 70.1, 72.2, 73.3, 77.1).