İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Krasnodarda keçirilən mətbuat konfransında İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales açıqlayıb.
“Baş məşqçinin xidmətindən imtina etmək məcburiyyətindəyik. Ona işlərində uğurlar arzulayırıq” – deyə, federasiya rəhbəri bildirib.
Ötən gün Lopeteqinin dünya çempionatının ardından “Real”ın yeni baş məşqçisi olacağı açıqlanmışdı. Bu qərar İspaniya Futbol Federasiyasının rəhbərliyi tərəfindən qəzəblə qarşılanmışdı.
Qeyd edək ki, Xulen Lopeteqi üç həftə öncə yığma ilə olan müqaviləsini 2020-ci ilə qədər uzatmışdı.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək