Bakıda kamandan oxatma üzrə şəhər çempionatı təşkil olunacaq.
Apasport.az xəbər verir ki, yarış sentyabrın 18-20-də baş tutacaq.
Hövsan Olimpiya İdman Kompleksinin stadionunda beynəlxalq standartlara uyğun Olimpiya sistemi əsasında keçiriləcək çempionatda 50-yə yaxın idmançı birincilik uğrunda mübarizə aparacaq.
Yarışda U-15 kateqoriyası üzrə idmançılar 40 metr, böyüklər isə 70 metr məsafədən hədəfi nişan alacaqlar.
Proqrama əsasən, sentyabrın 18-də məşq və sınaq atışları, 19-da təsnifat və əsas seçmə mərhələləri, 20-də isə final qarşılaşmaları keçiriləcək. Son gündə qaliblərin mükafatlandırılması mərasimi də təşkil olunacaq.
Qeyd edək ki, çempionatda yüksək nəticə göstərən oxatanlar diplom və medallarla təltif ediləcəklər.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək