
"Ev oyunlarımızı Yevlaxda keçirəcəyik".
Bu sözləri "Karvan"ın baş məşqçisi Kənan Kərimov apasport.az-a açıqlamasında deyib.
Kərimov yeni mövsümdən komandanın doğma azarkeşlər qarşısında çıxış edəcəyini bildirib:
"Çox güman ki, ev oyunlarımızı Yevlax şəhər stadionunda, öz azarkeşlərimiz qarşısında oynayacağıq. Rəhbərlik stadionun təbii ot örtüyünün süni örtüklə əvəz edilməsi barədə qərar qəbul edib. Yevlax azarkeşləri öz doğma komandalarını stadionda canlı izləyə biləcəklər. Bunun üçün çalışırıq".
Qeyd edək ki, "Karvan" Birinci Liqada cari mövsümün sonuna 4 tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib.
- “Neftçi” rəsmisi: “Samir Abasov gələndən çox şey dəyişib”
- FIFA referisi “Araz-Naxçıvan”ın oyununa təyinat alıb
- Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb
- Vüqar Mustafayev Azərbaycan çempionatlarında yubiley matçına çıxıb
- “Neftçi” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub