Oktyabrın 2-də ölkəmizdə kəmər güləşi üzrə 3-cü Avropa çempionatına start verilib. Mərasimdə əvvəlcə iştirakçı ölkələrin bayraqları nümayiş etdirilib.
Apasport.az xəbər verir ki, tədbirin açılış mərasimində Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Beynəlxalq Kəmər Güləşi Assosiasiyasının baş katibi Xabir Xabibullin çıxış edərək idmançılara uğurlar arzulayıblar.
Ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonda gimnastika və milli güləş növlərinə aid nümunəvi hərəkətlər nümayiş olunub.
Qeyd edək ki, turnirdə 20 ölkədən 150 güləşçi medallar uğrunda mübarizə aparır. Azərbaycanın kəmər güləşi üzrə milli yığma komandası yarışda 32 kişi və 10 qadın idmançı ilə təmsil olunur.
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb