Kənan Kərimov: "Layiqli 3 xal qazandıq"
17.10.2024 - 14:57
Kənan Kərimov: "Layiqli 3 xal qazandıq"

"Çox çətin oyun oldu. Görüş gərgin mübarizə şəraitində keçdi".

Bu sözləri apasport.az saytına açıqlamasında Kənan Kərimov deyib.

"Karvan"ın baş məşqçisi "İmişli" ilə matçı dəyərləndirib: "Oyun içərisində hər şey var idi. Uda da bilərdik, uduza da. Hesabı biz açsaq da, məğlub duruma düşdük. Buna baxmayaraq matçdan qopmadıq. Özümüzü toparlaya bildik. Futbolçularım xarakter göstərdilər. Əzmkar qələbə qazandıq. Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Möhtəşəm dəstəkləri sayəsində oyunçuların ab-havasını yüksək tutdular. Layiqli 3xal qazandıq".

Qeyd edək ki, I Liqanın V turunun "Karvan" - "İmişli" matçı meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 3:2.

İsmayıl Xeyrullayev

 

0