“Kəpəz” “Sumqayıt”la qarşılaşacaq
23.07.2025 - 11:23

“Kəpəz”in yoxlama oyunları üçün daha bir rəqibi məlum olub.
Apasport.az xəbər verir ki, “sarı-göylər” "Sumqayıt"la üz-üzə gələcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Matç iyulun 31-i Qəbələdə keçiriləcək. Görüşün başlama saatı hələ müəyyənləşməyib.
Qeyd edək ki, “Kəpəz” bundan öncə sınaq matçında “Qəbələ”yə 0:2 hesabı ilə məğlub olmuşdu.
0
0