“Kəpəz”də yeni legioner - RƏSMİ
13.08.2025 - 19:55
"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Braziliyalı müdafiəçi Cefferson Masiel Bentu Gəncə təmsilçisinə keçib.
22 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb. Cefferson son olaraq Portuqaliyanın “Portimonense” klubunun formasını geyinib.
Qeyd edək ki, Masiel Bentu 2024/2025-ci illər mövsümündə Portiman şəhəri təmsilçisinin heyətində 14 oyun keçirib.
- Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb
- Premyer Liqa klublarının uşaq-gənclər sektoruna ayırdığı vəsait artıb
- “Turan Tovuz” Premyer Liqada ev oyunlarında azarkeş sayına görə liderdir
- 2025/2026 mövsümündə lisenziya almış futbol klublarının sayı müəyyənləşib
- I Liqada XI tura start veriləcək
0
0