“Kəpəz”dən növbəti transfer
02.10.2024 - 20:29
“Kəpəz”dən növbəti transfer

"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb. 

Gəncə təmsilçisi malili yarımmüdafiəçi Mahamadu Ba ilə anlaşıb. 25 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Mahamadu Ba karyerası ərzində Türkiyə klublarında forma geyinib. O, "Ərzurumspor", "Adana Dəmirspor", "İstanbulspor" və "Tuzlaspor" kimi komandalarda oynayıb. Ba "Ərzurumspor" və "İstanbulspor"un heyətində Türkiyə Super Liqasında çıxış edib.

0