Kevin Medina: “Atletik”ə qarşı layiqli mübarizə aparmağa çalışacağıq”
21.10.2025 - 22:13
Kevin Medina: “Atletik”ə qarşı layiqli mübarizə aparmağa çalışacağıq”

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda keçiriləcək “Atletik” – “Qarabağ” oyunu öncəsi ağdamlıların futbolçusu Kevin Medina mətbuat konfransında iştirak edib.

Apasport.az xəbər verir ki, müdafiəçi qarşıdakı matçla bağlı fikirlərini bölüşüb.

O, rəqibə qarşı layiqli mübarizə aparmağa çalışacaqlarını vurğulayıb: “Atletikə qarşı layiqli mübarizə aparmağa çalışacağıq. Biz yalnız Uilyams qardaşlarına qarşı deyil, ümumilikdə Atletik komandasına qarşı oynayacağıq. Niko və İnyaki çox dəyərli futbolçulardır. Ötən mövsüm istədiyim formada deyildim, buna görə də cari mövsümdə matçlara daha yüksək motivasiya ilə çıxıram".

Qeyd edək ki, “Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.