Daha öncə “Neftçi”nin bir neçə legionerlə yollarını ayıracağı barədə xəbər vermişdik.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar”ın heyətdə saxlamaq niyyətində olduğu legionerlər də var.
Belə ki, “Neftçi”nin Ervin Koffi ilə işbirliyinə davam etmək istəyində olduğu bildirilir.
Lakin 30 yaşlı futbolçu hələ ki, qərarını verməyib. O, daha cəlbedici təklif alarsa, komandanı tərk edəcək.
Qeyd edək ki, fransalının “Neftçi” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, daha öncə “Şatoru”, “Loryan”, “Anortosis”, “Olimpiakos” (Nikosiya) və “Pau” klublarında çıxış edib.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB