"100 kq çəki dərəcəsində Zelim Kotsoyev əvvəl Antalyada keçiriləcək "Böyük Dəbilqə" üçün sifariş olunsa da, sonradan məşqçilər heyətinin qərarı ilə siyahıdan adı çıxarıldı. Səbəb odur ki, onun dünya çempionatına hazırlaşmağı daha məqbul hesab edildi".
Bunu apasport.az-a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu deyib.
31 mart – 2 aprel tarixlərində Antalyada keçiriləcək "Böyük Dəbilqə" turnirində 100 kq-da Azərbaycanı təmsil edən olmayacaq. Osetin əsilli Kotsoyev 7-14 may tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatında əsas medal ümidlərimizdən hesab olunduğundan, bu yarışa hazırlaşması daha düzgün hesab edilib. Bununla belə Rəşad Rəsullu bildirib ki, Zelim Antalyada olacaq:
"Böyük Dəbilqə"dən sonra Antalyada təlim-məşq toplanışı olacaq. Orada istər Zelim Kotsoyev, istərsə də zədəsini yeni sağaldan Balabəy Ağayev də iştirak edəcək".
Səbuhi Musa
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub