
Bu gün Krakov-2023 III Avropa Oyunlarında kikboksinq yarışlarına start verilib.
Apasport.az saytının məlumatına görə, ilk gündə 1/4 final görüşləri keçirilir.
Azərbaycan yığmasının daha bir təmsilçisi ilk sınağına çıxıb. Elşad Şahbazov 1/4 final döyüşünü keçirib.
86 kq çəkidə mübarizə aparan kikboksçumuz Artyom Melniklə (Ukrayna) qarşılaşıb. Döyüşdən 0:3 hesablı məğlubiyyətlə ayrılan Elşad Avropa Oyunlarında çıxışını başa vurub.
Qeyd edək ki, Polşaya iki idmançı ilə yollanan kikboksinq yığmamızın digər üzvü Fərid Ağamoğlanov (63,5 kq) bu mərhələdə Filip Baraka (Slovakiya) qalib gələrək yarımfinala yüksəlib. O, bununla da Avropa Oyunlarının medalını təmin edib.
- Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı yekunlaşıb - FOTO
- Natiq Fazilov: “Məqsədimiz MDB Oyunlarında ən azı iki medal qazanmaqdır”
- Anar Quliyev: “Kamandan oxatma üzrə yarışlar gələcəkdə rayonlarda da keçirilə bilər”
- Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyinin final mərhələsi keçirilir - FOTO
- "Təhlükəsiz idman hamı üçün" mövzusunda keçirilən seminara yekun vurulub