Krakov-2023: Quliyeva finişdə 4-cü oldu
20.06.2023 - 14:32
Krakov-2023 III Avropa Oyunlarında atletika yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan Azərbaycan yığmasının daha bir atleti mübarizəyə qoşulub.
İlahə Quliyeva qadınların 100 m məsafəyə qaçışında çıxış edib. O, finişə 12,39 saniyəyə çatıb.
Quliyeva B qrupundakı 7 iştirakçı arasında 4-cü olub. İdmançımız yarışı 10-cu yerdə başa vurub.
Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0