Krakov-2023 III Avropa Oyunlarında qılıncoynatma yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, qadınların sablyada fərdi yarışları keçirilir.
Azərbaycan yığmasının üzvləri də mükafatlar uğrunda mübarizəyə qoşulub. Qrup mərhələsində medal ümidlərimizdən olan Anna Başta, həmçinin Valeriya Bolşakova, Səbinə Kərimova, Palina Kaspiaroviç qüvvəsini sınayıb.
Onlardan üçü qrup səddini adlayıb. Başta və Kərimova hərəyə 5, Valeriya 3 qələbə ilə buna nail olub. Qrup mərhələsində 1 qələbəsi olan Kaspiaroviç mübarizəni erkən dayandırıb.
Bolşakova pley-offda Almaniya sablyaçısı Julika Funkeyə 15:11 hesabı ilə qalib gələrək 1/16 finala yüksəlib. O, bu raundda komanda yoldaşı Kərimovaya rəqib olub.
Anna bu raundda qrup mərhələsində məğlub etdiyi polşalı Malgorzata Kozaçukla qarşılaşıb. Başta favorit sayıldığı görüşdə 11:15 hesabı ilə uduzub. Kərimova isə Bolşakova üzərindəki 15:12 hesablı qələbə ilə 1/8 finala adlayıb.
Səbinənin növbəti rəqibi macarıstanlı Renata Katona olub. 15:12 hesabı ilə qalib gələn rəqib 1/4 finala yüksəlib. Sablya yığmamız isə günü medalsız bitirib.
Qeyd edək ki, sabah komanda yarışları başlayacaq.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb