Misli Premyer Liqasının XXVII turunun “Turan Tovuz” – “Sumqayıt” matçından (1:2) sonra ev sahiblərinin baş məşqçisi Kurban Berdiyevin mətbuat konfransı keçirilib.
- Səhvlərin qarşısını almaq üçün hansı işlər görülür?
- Çətindir. Göstəririk, başa salırıq. Amma yenə eyni səhvləri edirlər.
- Transferlərdə səhvlər etdiyinizi düşünmürsünüz?
- Seleksiyada səhv görmürəm. Səhvlər kompleks şəkildədir. Problemlərin nə olduğunu deməyəcəm. Amma məsuliyyəti öz üzərimdən atmıram. Bütün məsuliyyət məndədir.
- Avrokuboklara vəsiqə qazana bilməsəz, burada qalacaqsız?
- Qalacam. Vəzifəmiz olduğu kimi qalır. Belə üzücü məğlubiyyətlər olur. Səhvlər nəticəyə təsir edir.
- Araş Qaderi, Orxan Əliyev, Anton Kraçkovski komandada qalacaq?
- Hələ baxarıq. Qarşıda bir dövrə var.
- "Neftçi" derbi hazırlığını yekunlaşdırıb - FOTO
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"