Legionerimizin ayağı sındı, mövsümü başa vurdu
24.12.2022 - 13:52
Azərbaycan millisinin üzvü İlya Kostov İtaliyanın Kurmayeur kurortunda keçirilən dağ xizəyi idmanının “downhill” növü üzrə yarışı zamanı ayağının sınması ilə nəticələnən xəsarət alıb.
Apasport.az saytının məlumatına görə, aldığı zədə səbəbindən milliləşdirilən xizəkçi mövsümü erkən başa vurmaq məcburiyyətində qalıb.
Zədələnmədən bir gün öncə atletimiz İtaliyanın Pila kurortunda FIS təqvimindən keçirilən yarışda xüsusi slalom növündə 7 ölkədən olan 105 idmançı arasında 8-ci, öz yaş qrupunda isə 3-cü yerə sahib olub.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
0
0