Liqa 1-ə yüksələn daha bir komanda bəlli oldu
03.05.2025 - 12:53
Fransa Liqa 1-ə vəsiqə qazanan daha bir klubun adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, "Loryen"dən sonra "Paris" də növbəti mövsüm elitada mübarizə aparmaq hüququ əldə edib.
Parislilər mövsümün bitməsinə 1 tur qalmış ilk iki pillədə olmağı təmin edib. Paytaxt klubu 33-cü turda səfərdə "Martiq"lə 1:1 hesablı heç-heçə edərək xallarını 66-ya yüksəldib. Onlar son tur öncəsi 3-cü yerdə olan "Metz"i 4 xal qabaqlayır.
Qeyd edək ki, "Paris" sonuncu dəfə 1979/1980 mövsümündə Liqa 1-də mübarizə aparıb.
- Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib”
- Zaur Həşimov: “Məqsədimiz Premyer Liqada qalmaqdır”
- “Şəfa” Qəbələ səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- Xose Manuel Armada Zarko: "Sabahın Ulduzları" müxtəlif komandaları görmək üçün əlverişlidir"
- Toralın komandasından məğlubiyyət
0
0