"Liverpul" onunla da müqavilə yeniləyəcək
11.04.2025 - 16:22
“Liverpul”un müdafiəçisi Vircil van Dayk klubu ilə 2027-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalayacaq.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar gedir.
33 yaşlı futbolçu İngiltərə Premyer Liqasının cari mövsümündə 31 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, 2018-ci ildən “Liverpul”da çıxış edir.
Bu gün “Liverpul” 32 yaşlı hücumçusu Məhəmməd Salahla müqavilə müddətini uzatdığını açıqlayıb.
- "Neftçi" “Qəbələ” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- “Lokomotiv”in müdafiəçisi “Turan Tovuz”da - RƏSMİ
- "Karvan"ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- İslam Maxaçevə görə ən gözəl qol: İBRA SƏVİYYƏSİ - VİDEO
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım
0
0