Bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışlarına start verilib.
Apasport.az saytının məlumatına görə, Olimpiadanın ikinci günündə Azərbaycan yığmasının 3 boksçusu mübarizəyə başlayıb.
Onlardan Teyfur Əliyevlə Lorenzo Sotomayor yarışla vidalaşdığı halda, Məhəmməd Abdullayev 1/8 finala yüksəlib. O, ikinci qarşılaşmasında özbəkistanlı Bahodir Calolovla üz-üzə gələcək. Döyüş iyulun 29-da, Bakı vaxtı ilə saat 07:03-də olacaq.
24 iyul
1/16 final
57 kq
Tayfur Əliyev – Nquyen Van Duonq (Vyetnam) - 2:3 (28:29, 29:28, 29:28, 28:29, 27:29)
69 kq
Lorenzo Sotomayor – Əsgərxan Madiyev (Gürcüstan) - boksçumuz qaşından zədələndiyi üçün hakim üçüncü raundda döyüşü dayandırıb və rəqib qalib elan olunub
+91 kq
Məhəmməd Abdullayev – Denis Latıpov (Bəhreyn) - 3:1 (29:28, 30:27, 29:28, 28:29, 28:28)
Qeyd edək ki, yığmamız Olimpiadaya 5 boksçu ilə qatılıb. Bu növ üzrə yarışlar avqustun 8-də bitəcək. Döyüşlər “Ryoqoku Kokuqikan” İdman Sarayında keçirilir.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar