“Əlbəttə ki, məyusuq. İlk oyunumuz idi və məğlubiyyət bizim üçün adi və normal deyil. Biz az qala bütün turnirlərdə startda qalib gəlirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya millisinin futbolçusu Yoahim Löv deyib.
O, DÇ-2018-in Meksika ilə oyunundakı gözlənilməz məğlubiyyətə şərh verib: “Bununla barışıb, dərs çıxarmaq lazımdı. İlk yarıda pis oynadıq. Hücum futbolu sərgiləmədik, topu itirdik, boşluqlar verdik. Çox qaçmalı olurduq. Fasilədən sonra meksikalılar dərindən müdafiə olunub, əks-hücumlara üstünlük verdilər. Lakin biz kifayət qədər qol imkanı yaratdıq. Lakin oyunçularımız dəqiq ola bilmədilər. Rəqibin cinahda sürətli futbolçulara malik olduğunu bilirdik. Lakin İrvinq Losanonun qarşısını kəsməkdə çətinlik çəkirdik. Əsas problemimiz də bu oyunçu idi”.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək