Məmmədova Azərbaycan yığmasında vəzifə verildi
14.06.2023 - 15:10
Azərbaycan idmançılarının Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarındakı şef de missionu bəlli olub.
Apasport.az saytının məlumatına görə, bu, yığmamızın yarışa yollanması və iştirakı ilə bağlı mətbuat konfransında açıqlanıb.
Gənclər və İdman Nazirliyində baş tutan tədbirdə multi-idman yarışında yığmamızın şef de missionunun adı bəlli olub. Bu vəzifə nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədova tapşırılıb.
Qeyd edək ki, Avropa Oyunları iyunun 21-də start götürəcək.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0