Fransalı tennisçi Angelika Qauki keçmiş məşqçisi tərəfindən dəfələrlə təcavüzə məruz qalıb.
Apasport.az saytı xəbər verir ki, bunu 36 yaşlı raketkanın özü açıqlayıb.
O iddia edib ki, məşqçisi Endryu Queddes iki il ərzində ən azı onu 400 dəfə zorlayıb.
Qauiki ifadəsində bildirib ki, bəzən gündə 3 dəfə məşqçisinin cinsi istismarına məruz qalıb. O, bu hərəkətə etiraz etdikdə isə kobud davranışla rastlaşdığını bildirib: “İlk gün mənə axşam “otağıma gəl” desə də, getmədim. Ancaq özü yataq otağıma gəldi. Ona mənə toxunma, bunu istəmirəm dediyim zaman “narahat olma, bu tip vəziyyət məşqçilər ilə idmançılar arasında hər zaman baş verir”, deyirdi”.
Qeyd edək ki, bir neçə dəfə intihara cəhd edən keçmiş tennisçinin iddiaları hökumət tərəfindən də nəzarətə götürülərək araşdırılır.
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb