Məşqçilərimiz UEFA-nın seminarında
04.11.2024 - 22:51

UEFA-nın təşkilatçılığı ilə Şimali İrlandiyanın paytaxtı Belfastda qapıçılar üzrə məşqçilərin seminarı keçirilir.
Apasport.az xəbər verir ki, seminarda AFFA-nın təlimatçıları Faiq Əzizov və Üzeyir İbrahimov iştirak edirlər.
Bunu qurumun mətbuat xidməti açıqlayıb. Yarış noyabrın 6-dək davam edəcək.
Qeyd edək ki, ilk belə seminar 2023-cü ilin aprel ayında Polşanın Qdansk şəhərində təşkil olunub.
0
0