Yunan-Roma güləşi üzrə millimiz Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş kubok qazanıb.
Apasport.az-ın məlumatına görə, 6 medal (2 qızıl, 3 gümüş və 1 bürünc) qazanan yığmamız Türkiyənin ardından 2-ci ən yaxşı nəticə göstərən komanda olub. Komandamız 145 xal toplayıb.
Xatırladaq ki, ötən il Budapeştdə keçirilmiş Avropa çempionatında Aleksandr Tarakanovun yetirmələri qitənin qızıl kubokunu qazanmağı bacarmışdılar.
21:10
Azərbaycanın yunan-Roma güləşçisi, Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu Rafiq Hüseynov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında medal qazana bilməyib.
Apasport.az-ın məlumatına görə, 82 kq-da yer alan idmançımız Almaniyanı təmsil edən, milliyyətcə çeçen olan Roland Şvartsla (Moskvada doğulub, əsl adı Ruslandır, alman anasının soyadını götürüb – red.) üz-üzə gəlib. Rəqibinə 1:2 hesabı ilə uduzan Hüseynov 5-ci dəfə Avropa medalını qazanmaq imkanından məhrum olub.
Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan millisi yarışı 6 medalla başa vurub. Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) Avropa çempionu olublar, Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıblar.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub