Millimiz Çexiyaya böyük hesabla məğlub olub
12.11.2025 - 19:28
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verib.
Apasport.az xəbər verir ki, 13-cü qrupda yer alan komanda Çexiya yığması ilə üz-üzə gəlib.
Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda keçirilən matç rəqibin 6:1 hesablı qələbəsi ilə bitib.
Yığmanın yeganə qolunu 70-ci dəqiqədə Şahismayıl Cəfərov vurub.
Qeyd edək ki, U-19 noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra Malta ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki görüş Maltanın Ta Qali şəhərində keçiriləcək.
- Millimiz üçün danışılmış oyunlarla bağlı sessiya təşkil olunub
- Rusiya yığmasının matçını Kamal Umudlu idarə edəcək
- "Sabah" heyətini ABŞ-dən olan basketbolçu ilə gücləndirib
- AFFA-nın vitse-prezidenti İspaniya millisinin oyununa təyinat alıb
- Qırğızıstan klubu azərbaycanlı futbolçularla yollarını ayırıb
0
0