AL: Zamiq Əliyevin komandası İrlandiya səfərində - YENİLƏNİR
04.08.2026 - 12:57
AL: Zamiq Əliyevin komandası İrlandiya səfərində - YENİLƏNİR

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinə start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" səfərdə "Şemrok Rovers"in qonağı olacaq.

Gürcüstan təmsilçisi "İberiya" isə "Larn" ilə qarşılaşacaq. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

UEFA Avropa Liqası

III təsnifat mərhələsi

23:00"Şemrok Rovers" (İrlandiya) – "Eqnatiya" (Albaniya)

23:00"Larn" (Şimali İrlandiya) – "İberiya" (Gürcüstan)