Millimiz hazırlığın son mərhələsini Bakıda davam etdirir
29.10.2025 - 19:27
Azərbaycanın cüdo üzrə milli komandaları VI İslam Həmrəyliyi Oyunları və U-23 Avropa çempionatına hazırlığın son mərhələsini Bakıda davam etdirir.
Apasport.az xəbər verir ki, milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən təlim-məşq toplanışında yığmamızla yanaşı Türkiyə, Serbiya, Avstriya, Almaniya və Çexiya cüdoçuları da iştirak edirlər.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının cüdo yarışları 8–10 noyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək. U-23 Avropa çempionatı isə 31 oktyabr – 1 noyabr tarixlərində Moldovanın paytaxtı Kişineuda baş tutacaq.
- Azərbaycan Kuboku: "Qəbələ", "Şamaxı" və "Neftçi" 1/8 finalda - YENİLƏNİB
- "Futbolçularımız yaxşı təsir bağışladılar"
- Saşa İliç: "Növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik"
- ÇL: "Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarılıb
- AFFA-nın yığmaya cəlb etmək istədiyi futbolçu Rusiya millisində
0
0