Millimizin Latviya yığması ilə oyununun təyinatları açıqlanıb
04.06.2025 - 11:21

Azərbaycan milli komandasının iyunun 7-də Latviya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları müəyyənləşib.
Apasport.az xəbər verir ki, Riqa şəhərində yerləşən “Skonto” stadionunda baş tutacaq görüşü Maltadan olan baş hakim idarə edəcək.
Yoldaşlıq oyunu
7 iyun
17:00. Latviya - Azərbaycan
Baş hakim: Trustin Farrugia Cann (Malta)
Baş hakimin köməkçiləri: Luke Portelli, Roberto Vella (hər ikisi Malta)
Dördüncü hakim: Vitālijs Spasjonņikovs (Latviya)
Skonto stadionu.
0
0