"Biz hansı tolerantlıqdan danışa bilərik? Hansı imkanlardan və ya neytrallıqdan danışırıq?"
Apasport.az-ın xəbərinə görə, bunu qadın güləşi üzrə yığmamızın sabiq üzvü Tatyana Omelçenko deyib.
Ukrayna əsilli güləşçi Rusiya və Belarus güləşçilərinin neytral statusda beynəlxalq yarışlara buraxılmasına kəskin reaksiya verib:
"İdman siyasətdən ayrıdır" deyirlər, bəs onda bayraq nəyə görə qaldırılır? Ölkələr idman arenalarında öz reputasiyaları üçün mübarizə aparmırlarmı?
Rusiya və Belarus hətta bu məsələdə bütün təzminatlar ödənilədək çıxış etməyə hüququ yoxdur və onlar sanksiya altında qalmalıdırlar!
Biz millətin rəngini, ən yaxşı oğul və qızlarımızı itiririk və onlar bu insanlara yarışmağa icazə verirlər..."
Qeyd edək ki, dünən Ümumdünya Güləş Birliyi (UWW) Rusiya və Belarus idmançılarının neytral statusda beynəlxalq yarışlarda iştirak etməsinə icazə verilməsi barədə qərar çıxarıb.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub