[b]Misirli qapıçı mükafatdan imtina etdi[/b]
17.06.2018 - 12:08
Misir millisinin qapıçısı Mohammed El Şanavi qeyri-adi addımı ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, qolkiper DÇ-2018-in Uruqvayla oyununun ən yaxşısı mükafatından imtina edib.
Qapıçı komandasının 0:1 hesabı ilə uduzduğu görüşdə fərqləndirilsə də, mükafatı götürməməyə üstünlük verib. Buna onun dini baxışları səbəb olub. Mükafatın sponsoru spirtli içki istehsalçısı olduğundan misirli qapıçı bu qəniməti qəbul etməyib.
Qeyd edək ki, qolkiper Uruqvayla oyunda 90 dəqiqə meydanda olub və 4 seyvə imza atıb
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0