
Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə ilk avtoqol qeydə alınıb.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, VII turun “Qarabağ” – “Neftçi” matçında (4:0) yaşanıb.
Qonaqların futbolçusu Robert Bauer topu öz qapısına vurub. Bu, ölkə çempionatları tarixində 234-cü avtoqol olub.
“Neftçi” komandasının futbolçuları Azərbaycan çempionatlarında 25-ci dəfə topu öz qapısına vurublar. Bu, yarışın tarixində antirekorddur. “Qarabağ” isə 34-cü dəfə rəqib qoluna sevinib ki, bununla da sahib olduğu rekordu yeniləyib.
Qeyd edək ki, “Neftçi”nin avtoqollarından 8-i “Qarabağ”la görüşlərə təsadüf edib.