Murad Xaçayev rəsmən “Neftçi”də
28.06.2025 - 18:18
Murad Xaçayev rəsmən “Neftçi”də

"Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Apasport.az xəbər verir ki, Murad Xaçayev artıq “Neftçi” ailəsinin üzvüdür.

27 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Donetsk “Şaxtyor”unun yetirməsi olan Xaçayevin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub. O, Sumqayıt təmsilçisində baş məşqçimiz Samir Abasovun rəhbərliyi altında da oynayıb. Murad milli komandamızın heyətində 1 oyun keçirib.