"Neftçi" daha iki legionerini göndərir - amma...
29.01.2025 - 12:44
"Neftçi" daha iki legionerini göndərir - amma...

Uğursuz mövsüm keçirən “Neftçi”də islahatlar davam edir.

Apasport.az saytına verilən məlumata görə, klub daha bir futbolçu ilə yollarını ayırmağı planlaşdırır.

“Ağ-qaralar” Dembo Darbonu komandadan göndərmək niyyətindədir. Buna səbəb hücumçunun özünü meydanda yaxşı tərəfdən göstərə bilməməsidir.

Roman Qriqorçukun israrla “Neftçi”yə gətirdiyi Darbo demək olar ki, futbol üçün yararsız vəziyyətdədir. O, bu səbəbdən mövsümün böyük hissəsində iştirak edə bilməyib.

Lakin Darbonun göndərilməsi çətin görünür. Çünki qambiyalı futbolçu müqaviləsinə xitam vermək istəmir. 

Hücumçunun “Neftçi” ilə sözləşməsi 2026-cı ilin yayına qədərdir. O, həmin müddətə qədər olan maaşını tələb edir və məvacibi almadan komandanı tərk etməyi planlaşdırmır.

Hazırda klub rəhbərliyi forvardla bu istiqamətdə danışıqlar aparır. Onun mümkün olan ən qısa zamanda komandadan göndərilməsi planlaşdırılır.

Daha öncə xəbər verdiyimiz kimi, "ağ-qaralar" özünü heç cür doğrultmayan Rafael Quzzonu da göndərmək istəyir. Elvin Camalovun transferindən sonra onun gedişi dəqiqləşib.

Qeyd edək ki, hər iki futbolçu ötən ilin yayında “Neftçi”yə transfer olunub. Darbo “ağ-qaralar”ın heyətində çıxdığı 11 oyunda 3 qol vurub. Quzzo isə 12 matçda forma şansı qazanıb.

1