Azərbaycan milli komandasının sabiq müdafiəçisi, ötən mövsümü “Qəbələ”də keçirmiş Elvin Yunuszadə yeni mövsümə böyük ehtimalla Premyer Liqada başlayacaq.
Apasport.az saytına verilən məlumata görə, təcrübəli müdafiəçi artıq “Karvan”ın məşqlərinə qoşulub.
Məşqçilər korpusu Yunuszadənin təcrübəsinə güvənərək, onu düşərgəyə dəvət ediblər.
Tərəflər arasında yekun razılıq olarsa, Yunuszadə “Karvan”la bir illik müqavilə imzalayacaq.
Qeyd edək ki, 32 yaşlı futbolçu karyerası ərzində “Neftçi”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Çelik”(Bosniya və Herseqovina), “Şkupi”, “Keşlə”, “Kəpəz”, “İrəvan”, “Qəbələ” klublarının formasını geyinib.
- Millimiz Gürcüstana böyük hesabla məğlub olub
- Ramalinqom üçün yeni təklif: QOL SİLAHININ TALEYİ MÜƏYYƏNLƏŞİR
- Salifu Suma Azərbaycana qayıdır? - PREMYER LİQADA HƏRARƏT YÜKSƏLİR
- Millimizin baş məşqçisi: "Komandanın göstərdiyi performansdan razıyam"
- "Sabah"ın yeni transferi niyə meydana çıxmadı? - ZƏDƏSİ VAR...