“Neftçi” Elvin Camalovla bağlı qərarını verib.
Apasport.az saytına verilən məlumata görə, klub yarımmüdafiəçinin xidmətindən məmnundur.
“Ağ-qaralar” Camalovun müqavilə müddətini artırmağı planlaşdırır.
Həm Samir Abasov, həm də klub rəhbərliyi 30 yaşlı futbolçunun performansından razıdır. Abasov Elvinin gəlişi ilə dayaq zonasındakı problemin həll olunduğunu düşünür. Bu səbəbdən onun komandada qalacağı gözlənilir.
Bildirilir ki, Camalovun özü də "Neftçi" ilə yeni sözləşmə bağlamaqda maraqlıdır.
Qeyd edək ki, Elvin daha öncə “Qəbələ”, “Zirə” və “Sabah”da çıxış edib. Onun paytaxt təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB