“Neftçi”nin əməkdaşları və veteran futbolçular qocalar evində olublar
19.03.2025 - 16:27

“Neftçi”nin əməkdaşları və veteran futbolçular qocalar evində olublar.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Paytaxt təmsilçisinin təşkilatçılığı ilə Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün nəzərdə tutulan müəssisəsində baş tutan görüşdə veteran futbolçulardan İqor Getman, Bəxtiyar Musayev, Ədəhim Niftəliyev, Fərrux İsmayılov və Samir Əliyev iştirak ediblər.
Bayram abu-havasında keçən tədbirdə qonaqlarla sakinlər arasında maraqlı fikir mübadiləsi baş tutub, futbola aid əyləncəli sorğu aparılıb, xatirə hədiyyələri təqdim olunub.
0
0