“Neftçi”nin sabiq üzvü “Şamaxı”da - RƏSMİ
07.06.2025 - 21:12
“Neftçi”nin sabiq üzvü “Şamaxı”da - RƏSMİ

Azərbaycan Premyer Liqası təmsilçisi “Şamaxı” növbəti transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, komanda Həbib İsmayılovu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, İsmayılov son olaraq "Neftçi"də çıxış edib.