Neymar sabiq komandasına dönür? - Klub prezidenti açıqladı
13.11.2024 - 09:53
Braziliyanın “Santos” klubunun prezidenti Marselo Teşeyra adı komanda ilə hallanan Neymarla bağlı açıqlama verib.
Apasport.az xəbər verir ki, yerli mətbuata danışan funksioner xəbərlərin əsassız olduğunu söyləyib:
“Bunlar sadəcə boş xəbərlərdir. Məni, “Santos”u yaxşı tanıyırlar. Gözləməliyik. Neymarın indiki məqamda müqaviləsi var və şərtləri məlumdur”.
Neymar “Əl Hilal”da çıxış edir. Braziliyalının qış transfer dönəmində klubu tərk edəcəyi və “Santos”a keçəcəyi iddia edilirdi. Vinger Braziliya təmsilçisinin yetirməsidir.
0
0